525.Az

İtaliyadan "Amazon"a 10 milyon avro cərimə


 

İtaliyadan "Amazon"a 10 milyon avro cərimə<b style="color:red"></b>

İtaliya Rəqabət Təşkilatı (Antitrust-AGCM) ABŞ-də fəaliyyət göstərən onlayn satış platforması "Amazon"u ədalətsiz kommersiya təcrübələrini əsas gətirərək 10 milyon avro cərimələyib.

525.az xəbər verir ki, Rəqabət Qurumunun verdiyi yazılı açıqlamada "Amazon"un italyan internet saytında bir çox məhsul üçün satın alma variantının avtomatik olaraq birdəfəlik əvəzinə təkrarlanan dövri alış olaraq təyin edildiyinə diqqət çəkilib.

Bunun da, istehlakçı seçimlərini xeyli məhdudlaşdırdığı və istehlakçını həqiqətən ehtiyacı olmasa belə, həmin məhsulu almağa sövq etdiyi bildirilib. Qurumun bu səbəbdən "Amazon"u 10 milyon avro cərimələdiyi bildirilib.

Qeyd edək ki, "Amazon"un törəmə şirkətləri, Lüksemburqda yerləşən "Amazon Services Europe" və "Amazon EU" da cəzadan təsirlənib.

Məhəmməd Tağıyev

 





24.04.2024    çap et  çap et