525.Az

Konqoda "mpox" epidemiyası


 

Konqoda "mpox" epidemiyası<b style="color:red"></b>

Konqo Respublikasında paytaxt Brazzavil də daxil olmaqla 5 bölgədə "mpox" xəstəliyinin aşkarlanmasından sonra epidemiya elan edilib.

525.az xəbər verir ki, Konqo Respublikasının səhiyyə naziri Gilbert Mokoki verdiyi açıqlamada ölkədə 19 "mpox" xəstəliyinin qeydə alınmasından sonra epidemiya elan edildiyini bildirib. İndiyə qədər heç bir ölüm halının qeydə alınmadığını vurğulayan Mokoki, ictimaiyyəti şübhəli hallardan və heyvanlarla yaxın təmasdan qaçmağa çağırıb.

Endemik virusun yaratdığı nadir xəstəliklərdən biri kimi tanınan "mpox" iki növə bölünür: Konqo və Qərbi Afrika növləri.

Məhəmməd Tağıyev

 





24.04.2024    çap et  çap et