525.Az

Yaponiyada hava limanına eniş edən təyyarədə nasazlıq baş verib


 

Yaponiyada hava limanına eniş edən təyyarədə nasazlıq baş verib<b style="color:red"></b>

213 sərnişinin olduğu təyyarənin Yaponiyanın şimalındakı hava limanına enərkən qanadından tüstü qalxıb.

525.az xəbər verir ki, paytaxt Tokionun Haneda Beynəlxalq Hava Limanından havaya qalxan "All Nippon Airways" (ANA) 71 saylı reysi yerli vaxtla saat 17:30-da şimal Hokkaydo bölgəsindəki New Chitose hava limanına enib.

Belə ki, yağ sızması səbəbindən uçuş-enmə zolağının ortasında dayanan və 213 sərnişinin yer aldığı təyyarənin qanadlarından ağ tüstü qalxıb.

Qeyd edək ki, yanğınsöndürənlər tüstünü nəzarətə götürərkən, sərnişinlər təxliyə edilib.

Məhəmməd Tağıyev

 





24.04.2024    çap et  çap et