525.Az

ABŞ-də məktəblərdə işçilərin silahlanmasına icazə verilib


 

ABŞ-də məktəblərdə işçilərin silahlanmasına icazə verilib<b style="color:red"></b>

ABŞ-nin Tennessi ştatında dövlət məktəblərindəki bəzi müəllim və işçilərə gözə dəyməz şəkildə silah gəzdirməyə icazə verən qanun layihəsi təsdiqlənib.

525.az xəbər verir ki, respublikaçıların çoxluq təşkil etdiyi Tennessi Nümayəndələr Palatasında keçirilən səsvermədə qanun layihəsi 68 "hə" və 28 "xeyr" səsi ilə qəbul edilib.

Belə ki, qanun layihəsinin qanuna çevrilməsi üçün ştatın qubernatoru Bill Linin imzası tələb olunur.

Qeyd edək ki, qanun layihəsi qanuna çevrilərsə, dövlət məktəblərində çalışan bəzi müəllim və işçilərə gizli silah gəzdirməyə icazə veriləcək.

Məhəmməd Tağıyev

 





24.04.2024    çap et  çap et