525.Az

Avstraliyada kilsəyə hücumla bağlı 7 nəfər saxlanılıb


 

Avstraliyada kilsəyə hücumla bağlı 7 nəfər saxlanılıb<b style="color:red"></b>

Avstraliya polisi aprelin 15-də Sidneydəki Christ The Good Shepherd kilsəsində ibadət zamanı edilən hücumla bağlı aparılan istintaq çərçivəsində 7 nəfərin saxlanıldığını bildirib.

525.az xəbər verir ki, Avstraliyanın Yeni Cənubi Uels (NSW) əyalət komissarının müavini Devid Hudson istintaqla bağlı açıqlamalar verib.

Sidneyin cənub-qərbindəki məhəllələrdə 400-dən çox polis məmuru ilə əməliyyat keçirildiyini bildirən Hudson, nəzarətə alınan 15-17 yaş arası 7 gəncin ifrat və şiddətli bir ideologiyadan təsirləndiyini iddia edib.

Qeyd edək ki, aprelin 16-da Yeni Cənubi Uelsin baş prokuroru hücumun terror aktı kimi araşdırılacağını açıqlamışdı.

Məhəmməd Tağıyev

 





24.04.2024    çap et  çap et