525.Az

Hava şəraiti kəskin pisləşəcək


 

Hava şəraiti kəskin pisləşəcək<b style="color:red"></b>

Həftənin ilk iş günü Azərbaycan ərazisində hava kəskin pisləşəcək, bəzi ərazilərdə intensiv yağışlar yağacaq, güclü külək əsəcək.

525.az-ın Trend-ə istinadən məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildirilib ki, sentyabrın 29-də Bakı və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək, yağış yağacaq. Yarımadanın bəzi ərazilərində intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyinin güclənəcəyi, bəzi ərazilərdə isə şiddətlənəcəyi proqnozıaşdırılır.

Bakı və Abşeron yarımadasında sentyabrın 29-da havanın temperaturu gecə 11-13, gündüz 16-18 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında da havanın temperaturu 5-10 dərəcə enəcək. Bəzi ərazilərdə yağış yağacaq, əsasən gecə və axşam saatlarında şimşək çaxacaq, səhər ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi arabir güclənəcək.

Aran rayonlarında havanın temperaturu gecə 9-12, gündüz 17-20 dərəcə isti olacaq.

Qeyd edək ki, Azərbaycan sinoptikləri ölkədə hava şəraitinin pisləşəcəyi barədə öncədən xəbərdarlıq edib.

 





28.09.2014    çap et  çap et