525.Az

Dövlət Proqramı çərçivəsində xaricdə bakalavriat və magistratura təhsili – vebinar


 

Dövlət Proqramı çərçivəsində xaricdə bakalavriat və magistratura təhsili – vebinar<b style="color:red"></b>

Aprelin 25-də “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xaricdə bakalavriat və magistratura təhsili ilə bağlı canlı məlumat sessiyası həyata keçiriləcək.

Dövlət Proqramı İdarəetmə Qrupundan 525.az-a bildirilib ki, məlumat sessiyasında Dövlət Proqramı çərçivəsində xaricdə bakalavriat və magistratura təhsili ilə bağlı izləyiciləri maraqlandıran suallar cavablandırılacaq.

Vebinar saat 16:00-da “Microsoft Teams” platforması üzərindən həyata keçiriləcək və yalnız qeydiyyatdan keçənlər üçün görüş linki göndəriləcək.

Sevinc Qarayeva

 





24.04.2024    çap et  çap et