525.Az

Xankəndidə silah-sursat tapılıb


 

Xankəndidə silah-sursat tapılıb<b style="color:red"></b>

Xankəndidə silah və sursatlar aşkarlanıb.

525.az-a bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə aprelin 24-də Xankəndi şəhəri ərazisindən 5 ədəd müxtəlif markalı avtomat silahı, 17 patron darağı, 450 ədəd müxtəlif çaplı patron, 5 süngü-bıçaq və digər sursatlar aşkar olunaraq götürülüb.

 





25.04.2024    çap et  çap et