525.Az

"Green Start Academy"nin 5 illik yubileyi qeyd olunub


 

"Green Start Academy"nin 5 illik yubileyi qeyd olunub<b style="color:red"></b>

Aprelin 20-21-də "Green Start Academy Psixologiya Təlim və İnkişaf Mərkəzi"nin 5 illi yubileyi qeyd olunub.

Öncə Mərkəzin həmtəsisçiləri -Aysel Rəsulzadə, Günel İsmayılova və Naibə Xankişiyeva qonaqlarla birlikdə qırmızı lenti kəsiblər. Bununla da onlar "Green Start Academy Psixologiya Təlim və İnkişaf Mərkəzi"nin rəsmi açılışı olub. Açılış mərasimində ictimaiyyət nümayəndələri ilə bərabər, millət vəkili Ceyhun Məmmədov da iştirak edib.

Torpaqların azad olunmasında canından keçən şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib.

Sonra "Green Start Academy"nin 5 illik fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən Mərkəzin baş direktoru Günel İsmayılova 5 illik yubiley və rəsmi açılış münasibətilə bu işdə yaxından təşəbbüs göstərən bütün "Green" komandasını ürəkdən təbrik edib.

Sonra "Green Start Academy"nin direktoru, eyni zamanda təşkilatın ən aktiv layihəsi olan "Sevgi Pedadaqogikası - Valideyn Məktəbi" layihəsinin rəhbəri, pedaqoq Aysel Rəsulzadə çıxış edib. O, "Green Start Academy"nin təsisçisi Seymur Ağayevin təbrikini çatdırdıqdan sonra 5 illik fəaliyyətin qət etdiyi yolun bütün incəliklərindən söhbət açıb. Pedaqoji, təlim, inkişaf prinsipləri istiqamətində fəaliyyət göstərən Mərkəzin bütün fəaliyyət strukturunun prioritetlərinin bir-biri ilə bağlılığından danışan Aysel xanım bu işlərlə cəmiyyətimizə - gənclərə, uşaqlara valideynlərə və müəllimlərə dəstəkçi olduğunu onların qarşısına çıxan bütün problemlərin "Green" komandası ilə birlikdə həll etməyə yardımçı olmaq üçün çalışdıqlarını bildirib.

Aysel Rəsulzadə bu işdə yaxından xidmət edən və əzmlə çalışan hər bir kəsə təşəkkürünü bildirib.

5 il ərzində Akademiyada həyata keçirilən "Vətən və İnsan Sevgisi", "Valideyn Məktəbi - Sevgi Pedaqogikası", "İlkin Tibbi Biliklərin Aşılanması", "Mütaliə Günü", "Akademik Gəzinti", "Əzmin Möcüzəsi", "Hüquqlarımızla Böyüyək", "Qlobal Elm və Təhsil Tədqiqatları Forumu", "Əbədiyyət Günəşi" və digər layihələr haqqında məlumat verilib. Ardından "Əbədiyyət Günəşi" layihəsinə aid maraqlı bir səhnəcik təqdim olunub.

Bu səhnəcik Seyid Cəfər Pişəvəri adına gimnaziyanın şagirdləri Zeynalabidin Novruzov və Ümid Quliyevin təqdimatında baş tutub. Görkəmli şəxsiyyətlərimiz - Cəlil Məmmədquluzadə və Abdulla Şaiq obrazlarını canlandıran şagirdlərin təqdim etdiyi səhnəcik iştirakçılar tərəfindən rəğbətlə qarşılanıb.

Millət vəkili Ceyhun Məmməd bu gözəl gün münasibətilə öz ürək sözlərini qonaqlarla bölüşüb.

Sonda Aysel Rəsulzadə bu yolda GSA-nı hər zaman dəstəkləyən, onun yanında olan "Gənclərin İctimai Birliyi", "RM Nəşriyyat", "Əlfəcin Nəşriyyatı", "Rise-Up", "MyMedia", "Emin fotoqrapy", "Meriscake şirniyyat evi"nə minnətdarlığını bildirib.

21 aprel tarixində də eyniylə, bir gün öncə təşkil olunan "5 illik yubiley" mərasimi davam edib.

Bəstəkar Lalə Şirin və şagirdləri, Əməkdar müəllim Zülfiyyə Vəliyeva "Green Start Academy"in 5 illik yubileyini təbrik ediblər.

 





25.04.2024    çap et  çap et