525.Az

Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb


 

Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb<b style="color:red"></b>

Bu gün Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb.

525.az xəbər verir ki, iclasdan əvvəl komissiyanın həmsədrləri - Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ilə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto arasında təkbətək görüş olub.

İclasda iki ölkə arasında ticari-iqtisadi əməkdaşlığın bütün aspektləri, onların gələcək inkişafı və perspektivləri müzakirə olunacaq.

Tədbirdən sonra Azərbaycan-Macarıstan Biznes Forumu keçiriləcək ("Report").

 





25.04.2024    çap et  çap et