525.Az

Cəbhə xəttində silahlar susmur


 

Cəbhə xəttində silahlar susmur<b style="color:red"></b>

Ermənilər bu gecə 3 istiqamətdə cəbhə xəttində atəşkəsi pozublar.

Müdafiə Nazirliyindən 525.az-a verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi atəşə tutublar.

Ağdam rayonunun Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
 
Düşmən cavab atəşi ilə susdurulub.

 





29.09.2014    çap et  çap et