525.Az

Ermənistanda vətəndaşlar Azərbaycanla delimitasiyaya etiraz olaraq bir neçə avtomobil yolunu bağlayıb


 

Ermənistanda vətəndaşlar Azərbaycanla delimitasiyaya etiraz olaraq bir neçə avtomobil yolunu bağlayıb<b style="color:red"></b>

Ermənistanda vətəndaşlar Azərbaycanla delimitasiyaya etiraz olaraq bir neçə avtomobil yolunu bağlayıb.

525.az APA-ya istinadən xəbər verir ki, İrəvan-Meğri avtomobil yolunun Tiqranaşen (Kərki) hissəsi, eyni zamanda, İrəvan-Sevan avtomagistralının Martunidən keçən hissəsi bağlanıb.

Bundan başqa Şirak vilayətində vətəndaşlar İrəvan-Gümrü avtomobil yolunu bağlayıblar.

Baqrataşendə Ermənistan-Gürcüstan magistral yolunun bir hissəsi də bağlıdır.

Vətəndaşlar bununla Tavuşda, Qazaxla sərhəddə delimitasiya prosesinə etirazlarını nümayiş etdirirlər.

 





25.04.2024    çap et  çap et