525.Az

Qəbələdə zəlzələ baş verib


 

Qəbələdə zəlzələ baş verib<b style="color:red"></b> Bu gün Qəbələdə ardıcıl üç zəlzələ qeydə alınıb.

Respublika Seysmoloji Xidmət Mərkəzindən Lent.az-a verilən məlumata görə, yeraltı təkanlar  06:38-də Qəbələ şəhərindən 22 km şimali-şərqdə qeydə alınıb. Zəlzələ episentrdə 6 bal, Qəbələdə 5 bal və respublikanın əksər rayonlarında 4 - 3 bal gücündə hiss olunub.
 
İnsan tələfatı yoxdur.
 
Qəbələdə baş vermiş digər zəlzələ isə yerli vaxtla 08:55-də olub.  Zəlzələ 3.3 maqnidutata, 15 km dərinlikdə baş verib. Zəlzələ hiss olunmayıb.
 
Adıçəkilən rayonda üçüncü zəlzələ 09:19-da qeydə alınıb. Qəbələ şəhərindən 25 km şimal-şərqdə zəlzələ qeydə alınan yeraltı təkanlar 3.1 maqnitudada, 11 km dərinlikdə baş verib.
 
Yeraltı təkan hiss olunmayıb. 
 





29.09.2014    çap et  çap et