525.Az

Hərbiçilərimiz beynəlxalq tədbirlərdə iştirak edəcəklər


 

Hərbiçilərimiz beynəlxalq tədbirlərdə iştirak edəcəklər<b style="color:red"></b>

Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək.
 

Müdafiə Nazirliyindən 525.az-a verilən məlumata görə, sentyabrın 29-dan oktyabrın 3-dək Bakıda "Hərbi xidmətkeçmənin idarəolunması və peşəkar hazırlıq" mövzusunda seminar baş tutacaq.
 
Oktyabrın 10-dək isə Budapeşt şəhərində (Macarıstan) "NATO-nun hərbi-mülki əməkdaşlıq üzrə səhra mütəxəssisi" kursu və Buxarest şəhərində (Rumıniya) Sülhü dəstəkləmə əməliyyatları kursu keçiriləcək.

Tədbirlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri də iştirak edəcək.

 





29.09.2014    çap et  çap et