525.Az

Trampın keçmiş vəkilinə qarşı iddia qaldırılıb


 

Trampın keçmiş vəkilinə qarşı iddia qaldırılıb<b style="color:red"></b>

ABŞ-nin Arizona ştatında keçmiş ABŞ Prezidenti Donald Trampın keçmiş vəkili Rudi Culiani də daxil olmaqla 18 nəfərə qarşı 2020-ci il prezident seçkilərinin nəticələrinə müdaxilə etməyə cəhd ittihamı ilə iddia qaldırılıb.

525.az xəbər verir ki, Arizona Məhkəməsi 18 nəfərə qarşı 2020-ci il prezident seçkilərinin nəticələrinə müdaxilə etməyə cəhd ittihamı ilə iddia qaldırıldığını açıqlayıb. Sözügedən şəxslər arasında Rudi Culiani ilə yanaşı, Ağ Evin keçmiş Aparat rəhbəri Mark Midous da yer alıb.

Miçiqan, Corciya və Nevadadan sonra Arizona prezident seçkilərinin nəticələrinə müdaxilə ilə bağlı ittiham irəli sürən 4-cü ştat olub.

Məhəmməd Tağıyev

 





25.04.2024    çap et  çap et