525.Az

Avstraliyada sahilə çıxan 160 balinadan 26-ı ölüb


 

Avstraliyada sahilə çıxan 160 balinadan 26-ı ölüb<b style="color:red"></b>

Avstraliyanın Qərbi Avstraliya əyalətində Toby's Inlet çimərliyində sahilə çıxan 160-a yaxın uzun qanadlı pilot balinalardan 26-ı ölüb.

525.az xəbər verir ki, Əyalət Biomüxtəliflik, Qoruma və Attraksionlar Departamenti (DBCA) Dunsboro turizm bölgəsi yaxınlığındakı "Toby's Inlet" çimərliyində balinaların sahilə çıxması ilə bağlı açıqlama verib.

Açıqlamaya görə, sahilə çıxan 160-a yaxın balinadan 26-ı dəniz alimləri və baytarlardan ibarət vəhşi təbiət qrupunun xilasetmə cəhdləri başlamazdan əvvəl ölüb.

Qeyd edək ki, səlahiyyətlilər zərif maili, qumlu çimərliklərin balinaları azdırdığını və onların sahilə çıxmasına səbəb olduğunu bildirib.

Məhəmməd Tağıyev

 





25.04.2024    çap et  çap et