525.Az

İspaniya Fələstin dövlətini 4 ölkə ilə eyni vaxtda tanımağı planlaşdırır


 

İspaniya Fələstin dövlətini 4 ölkə ilə eyni vaxtda tanımağı planlaşdırır<b style="color:red"></b>

İspaniyadakı sol koalisiya hökumətinin Fələstin dövlətinin tanınması üçün eyni anda 4 ölkə ilə ortaq qərar verməyi planlaşdırdığı öyrənilib.

525.az xəbər verir ki, İspaniya Xarici İşlər Nazirliyindəki mənbələr Baş nazir Pedro Sançes və xarici işlər naziri Xose Manuel Albares tərəfindən dəfələrlə dilə gətirilən Fələstin dövlətinin tanınması təşəbbüsünün qısa müddət ərzində 4 ölkə ilə birgə həyata keçirilməsinin planlaşdırıldığını bildirib.

Qeyd edək ki, İspaniyanın Malta, İrlandiya, əvvəlki birgə bəyanatlarında uyğun şərtlər olduğu halda Fələstin dövlətini tanıyacağını vəd edən Sloveniya və bu təşəbbüsü dəstəklədiyini açıqlayan Norveçlə birgə hərəkət edəcəyi gözlənilir.

Məhəmməd Tağıyev

 





25.04.2024    çap et  çap et