525.Az

İsrail HHQ “Hizbullah”ın Livandakı hədəflərinə zərbələr endirib


 

İsrail HHQ “Hizbullah”ın Livandakı hədəflərinə zərbələr endirib<b style="color:red"></b>

İsrail Hərbi Hava Qüvvələri (HHQ) ölkənin şimalındakı sərhədyanı bölgələrin atəşə tutulmasından sonra “Hizbullah”ın Livandakı hərbi qanadının hədəflərinə yeni zərbələr endirib.

525.az “Report”-a istinadən  xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

“Gün ərzində hərbçilər Livan tərəfdən İsrailin şimalına azı 7 mərmi atılması qeydə alınıb. Bunun ardınca bir müddət əvvəl İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Livanın cənubundakı Alma əş-Şaab kəndi ərazisində “Hizbullah”ın hərbi obyektinə və Kfar Şuba yüksəkliyində bir neçə atəş nöqtəsinə və bir sıra digər obyektlərə zərbələr endirib”, - ordudan verilən məlumatda deyilir.

 





25.04.2024    çap et  çap et