525.Az

Rusiya və Ukrayna arasında uşaqlarla bağlı danışıqlar aparılıb


 

Rusiya və Ukrayna arasında uşaqlarla bağlı danışıqlar aparılıb<b style="color:red"></b>

Rusiyanın Uşaq Hüquqları üzrə Müvəkkili Mariya Lvova-Belova Qətərin paytaxtı Dohada uşaqların ailələrinə qovuşması ilə bağlı Ukrayna tərəfi ilə danışıqlar apardıqlarını açıqlayıb.

525.az "Ria Novosti" xəbər agentliyinin məlumatına istinadən bildirir ki, Lvova-Belova Dohada mətbuat konfransı keçirib.

Lvova-Belova, Rusiya ilə Ukrayna arasında uşaqların ailələrinə qovuşması ilə bağlı danışıqlar aparıldığına dair məlumatı paylaşıb.

Qətər tərəfinin bu siyahıları qeydə aldığını bildirən Lvova-Belova, il ərzində Qətərin vasitəçiliyi ilə ümumilikdə 33 uşağın ailələrinə qovuşduğunu bildirib.

Malik Atilay 

 





25.04.2024    çap et  çap et