525.Az

Uelsdə məktəbə bıçaqlı hücum: 3 yaralı


 

Uelsdə məktəbə bıçaqlı hücum: <b style="color:red">3 yaralı</b>

Uelsin Ammanford şəhərində məktəbə bıçaqlı hücum nəticəsində 3 nəfər yaralanıb, hadisə ilə əlaqədar 1 nəfər nəzarətə alınıb.

525.az xəbər verir ki, ingilis mətbuatında yer alan xəbərə görə, Uelsdəki "Ysgol Dyffryn Amman" məktəbinə bıçaqlı hücum xəbəri üzərinə çox sayda polis və ilk yardım qrupu hadisə yerinə gedib.

İki təcili yardım helikopterinin hazır vəziyyətdə saxlanıldığı hadisədən sonra bir çox valideyn sosial şəbəkələrdə məktəbin giriş-çıxışlarının bağlandığı barədə mesajlar paylaşıb.

Bölgəyə cavabdeh olan Dyfed-Powys Polis İdarəsindən verilən açıqlamada məktəbdə bıçaqlı hücum nəticəsində 3 nəfərin yaralandığı, hadisə ilə əlaqədar 1 nəfərin nəzarətə alındığı bildirilib.

Malik Atilay 

 





25.04.2024    çap et  çap et