525.Az

Ukraynaya yardım ilin sonuna qədər bəs edəcək - Sallivan


 

Ukraynaya yardım ilin sonuna qədər bəs edəcək - <b style="color:red">Sallivan</b>

Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Bayden administrasiyası tərəfindən Ukraynaya yardım üçün ayrılan pul 2024-cü ilin sonuna qədər kifayət edəcək.

525.az “RİA Novosti” yə istinadən xəbər verir ki, bunu ABŞ Prezidentinin Milli Təhlükəsizlik üzrə Müşaviri Ceyk Sallivan deyib.

"Ağ ev ABŞ Konqresinin Ukrayna üçün ayırdığı 61 milyard dollar vəsaitin 2024-cü il üçün kifayət edəcəyini gözləyir", - deyə Sallivan vurğulayıb.

Havar Şəfiyeva

 





25.04.2024    çap et  çap et