525.Az

Şağanda minik avtomobili avtobusla toqquşub - yaralanan var 


 

Şağanda minik avtomobili avtobusla toqquşub - <b style="color:red"> yaralanan var </b>

Bakının Xəzər rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

525.az xəbər verir ki, Şağan qəsəbəsində sərnişin avtobusu ilə minik avtomobili toqquşub.

Hadisə zamanı minik avtomobilinin sərnişini 14 yaşlı Bayramlı L. xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır ("Report").

 





26.04.2024    çap et  çap et