525.Az

Azərbaycan bankları ilə Nyu-York Federal Ehtiyatları Bankı arasında əməkdaşlıq imkanları müzakirə edilib


 

Azərbaycan bankları ilə Nyu-York Federal Ehtiyatları Bankı arasında əməkdaşlıq imkanları müzakirə edilib<b style="color:red"></b>

Azərbaycan bankları Nyu-York Federal Ehtiyatları Bankı ilə əməkdaşlıq imkanlarını müzakirə ediblər.

525.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov "X" sosial şəbəkəsindəki hesabında yazıb.

"Nyu-York Federal Ehtiyatları Bankı ilə görüşümüz ABŞ-yə işgüzar səfər çərçivəsində keçirilən əhəmiyyətli müzakirələrdən biri oldu.

Baş vitse-prezident, Mərkəzi Bank və beynəlxalq hesablar xidmətlərinin rəhbəri Anne Baumun başçılıq etdiyi nümayəndə heyəti ilə ikitərəfli əlaqələrin perspektivləri, eləcə də Azərbaycan bankları ilə əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi apardıq",- T. Kazımov qeyd edib.

 





26.04.2024    çap et  çap et