525.Az

2024-cü ilin büdcə xərclərinin 40, cari xərclərin 70 faizi sosial yönümlüdür


 

2024-cü ilin büdcə xərclərinin 40, cari xərclərin 70 faizi sosial yönümlüdür<b style="color:red"></b>

"Bu ilin ilk rübündə dövlət büdcəsindən sosial müdafiə və sosial təminata proqnoz ilə müqayisədə 40 faiz daha çox vəsait ayrılıb. Belə ki, bu dövr üçün 777 milyon manatın ayrılması nəzərdə tutulsa da faktiki 1 milyard 84 milyon xərclənib. Sosial istiqamətlərə daha çox vəsaitin ayrılması maaş, müavinət və digər sosial ödənişlərin yenidən artırıla bilməsi imkanları ilə bağlı sualları daha da aktuallaşdırıb. Qeyd edim ki, 2024-cü ilin büdcə xərclərinin 40, cari xərclərin 70 faizi sosial yönümlüdür. Bu isə 2024-cü ildə də sosial təminatın prioritetliyini qoruyub saxladığından xəbər verir".

Bunu millət vəkili Vüqar Bayramov 525.az-a bildirib.  O qey dedib ki, son 5 ildə daha da dərinləşən sosial paket nəticəsində həmin dövrdə minimum əmək haqqı 2.8 dəfə, orta aylıq maaş isə 80 faiz artıb. Sosial istiqamətə nəzərdə tutulan vəsaitin daha da artırılması büdcəyə yenidən baxılması nəticəsində mümkün ola bilər:

"Xatırladım ki, “Büdcə Sistemi” haqqında Qanuna əsasən, may ayının 15-dən tez və oktyabr ayının 15-dən gec olmayaraq, cari ilin dövlət büdcəsınə yenidən baxılması barədə Milli Məclis qarşısında məsələ qaldırıla bilər. Bu kontekstdən, gözlənilir ki, hökumət tərəfindən fiskal dəyərləndirmə aparıldıqdan sonra bu istiqamətdə yekun qərar veriləcək.
Sosial təminata 2024-cü ilin geridə qalan aylarında daha çox vəsaitin xərclənməsi isə ilin növbəti aylarında da sosial ayırmaların prioritet olacağından xəbər verir".

Sevinc Qarayeva 

 

 





26.04.2024    çap et  çap et