525.Az

Bakı Ali Neft Məktəbində MBA ixtisasları üzrə qəbul sayı artırılıb


 

Bakı Ali Neft Məktəbində MBA ixtisasları üzrə qəbul sayı artırılıb<b style="color:red"></b>

Bakı Ali Neft Məktəbində (BANM) 2024-2025-ci tədris ili üçün magistratura səviyyəsi üzrə Biznesin idarəedilməsi ixtisaslarına (MBA) qəbul yerləri artırılıb.

Bu barədə 525.az-a BANM-dən məlumat verilib.

Bu tədris ilində hər ixtisas üzrə 50 nəfər qəbul planlaşdırılıb.

Bakı Ali Neft Məktəbində Biznesin təşkili və idarə edilməsi (ümumi təyinatlı), Biznesin təşkili və idarə edilməsi (maliyyə), Biznesin təşkili və idarə edilməsi (menecment), Biznesin təşkili və idarə edilməsi (layihələrin idarə olunması) ixtisaslarında tədris həyata keçirilir.

Qeyd olunan ixtisaslar üzrə təhsil haqqı 5000 manat məbləğindədir.

Sevinc Qarayeva 

 





26.04.2024    çap et  çap et