525.Az

Dünya Qastroenteroloqlarının 20-ci beynəlxalq konqresi öz işinə başlayıb


 

Dünya Qastroenteroloqlarının 20-ci beynəlxalq konqresi öz işinə başlayıb<b style="color:red"></b>

Bu gün Azərbaycanın paytaxtı Bakı şəhəri 8-ci dəfədir Beynəlxalq Avrasiya Cərrahlar və Qastroenteroloqlar Konqresinə, eyni zamanda XX Beynəlxalq Hepatoqastroenterologiya Konqresinə ev sahibliyi edir.  

525.az xəbər verir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi, akademik Mustafa Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin, Milli Onkologiya Mərkəzi və Azərbaycan Tibb Universitetinin, həmçinin Azərbaycan Cərrah və Qastroenteroloqlar İctimai Birliyinin, Avrasiya Qastroenteroloqlar Assosiasiyasının, Türkiyə Respublikasının Hepato Bilio Pankreatologiya (HeBiPA) və Türkiyə Qaraciyər Araşdırmaları (TASL) assosiasiyalarının birgə təşkilatçılığı ilə keçirilən bu mötəbər tədbir dünyanın 30-dan çox ölkəsini təmsil edən 400-dən çox yerli və xarici alimi, tanınmış həkim və cərrahları, akademik qurumların nümayəndələrini öz ətrafında toplayıb. 

Xatırladaq ki, aprelin 27-dək davam edəcək beynəlxalq Konqres Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası tərəfindən akkreditasiya olunub və 30 DTT kredit balı ilə qiymətləndirilib.

 





26.04.2024    çap et  çap et