525.Az

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək


 

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək<b style="color:red"></b>

Şərqi Zəngəzur Regional Təhsil İdarəsi üzrə 2024-2025-ci tədris ili üçün ümumi təhsil müəssisələrinin birinci siniflərinə uşaqların elektron qəbulu ilə bağlı vətəndaşlara texniki köməklik göstərilməsi məqsədilə 3 alternativ qeydiyyat mərkəzi yaradılıb.

İdarədən 525.az-a bildirilib ki, həmin mərkəzlərdən ikisi işğaldan azad olunmuş Zəngilan və Laçın rayonlarında fəaliyyət göstərəcək.

Qeyd edək ki, mayın 1-dən 2024-2025-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start veriləcək. Qəbul prosesi www.mektebeqebul.edu.az portalı vasitəsilə aparılacaq.

Sevinc Qarayeva 

 





26.04.2024    çap et  çap et