525.Az

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub


 

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub<b style="color:red"></b>

Bu gün Füzuli şəhərinə yola salınan ailələrin mənzillərinin açarlarının təqdimat mərasimi keçirilib.

525.az “Report”-a istinadən xəbər verir ki, mərasimdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin rəsmiləri iştirak ediblər.

Köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşacaqlar.

Bu mərhələdə Füzuli şəhərinə daha 39 ailə (140) nəfər köçürülüb. Bununla da Füzuli şəhərinə 783 ailənin, yəni 2 979 nəfərin daimi məskunlaşması təmin edilib

 

 





26.04.2024    çap et  çap et