525.Az

Cənubi Kaliforniya Universitetində buraxılış mərasimi ləğv edilib


 

Cənubi Kaliforniya Universitetində buraxılış mərasimi ləğv edilib<b style="color:red"></b>

ABŞ-də ölkə daxilində universitet şəhərciklərində İsrailin Qəzzaya hücumlarına reaksiya etirazları davam edərkən, Los-Ancelesdəki Cənubi Kaliforniya Universitetində (USC) əsas məzuniyyət mərasimi ləğv edilib.

525.az xəbər verir ki, ölkəyə yayılan Qəzzaya dəstək nümayişləri səbəbilə İsrailə etiraz edən 93 tələbənin nəzarətə alındığı USC-nin buraxılış mərasimi ilə bağlı açıqlama verilib.

Açıqlamada 2024-ün ən yaxşı tələbəsi Əsna Təbəssumun buraxılış çıxışının təhlükəsizlik səbəbilə ləğv edildiyi və USC-də may ayında əsas məzuniyyət mərasiminin keçirilməyəcəyi bildirilib.

Qeyd edək ki, təxminən 65 min insanın iştirak edəcəyi mərasimin yeni təhlükəsizlik tədbirləri səbəbiylə ləğv edildiyi bildirilib.

Məhəmməd Tağıyev

 





26.04.2024    çap et  çap et