525.Az

ABŞ gəmisi Qəzza zolağında lövbər salıb


 

ABŞ gəmisi Qəzza zolağında lövbər salıb<b style="color:red"></b>

Ötən gecə ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəmi Qəzza zolağı yaxınlığında lövbər salıb.

525.az xəbər verir ki, ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəmi gecə saatlarında Qəzza zolağının mərkəzi hissəsində Qəzza vadisi yaxınlığında lövbər salıb. ABŞ daha əvvəl sözügedən gəminin Qəzza sahilində inşası planlaşdırılan üzən liman layihəsində işləyəcəyini açıqlamışdı.

Qeyd edək ki, ABŞ prezidenti Co Bayden martın 7-də ordusuna Qəzzaya yardımın daxil olması üçün sahildə müvəqqəti liman tikməyi tapşırdığını elan etmişdi.

Məhəmməd Tağıyev

 





26.04.2024    çap et  çap et