525.Az

Güclü külək əsəcək, leysan olacaq


 

Güclü külək əsəcək, leysan olacaq<b style="color:red"></b>

Sentyabrın 30-da Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək, yağış yağacaq. Günün ikinci yarısında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a bildirilib ki, şimal qərb küləyi gecə arabir güclənəcək. Gündüz tədricən mülayimləşəcək. Havanın temperaturunun gecə 12-15, gündüz 16-18 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında sabah arabir leysan xarakterli yağış yağacağı gözlənilir. Gecə və səhər ayrı ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi gecə və səhər arabir güclənəcək. Havanın temperaturunun gecə 11-16, gündüz 18-23, dağlarda gecə 0-5, gündüz 5-10 dərəcə isti olacaq.

 





29.09.2014    çap et  çap et