525.Az

Dəri xərçənginə qarşı ilk peyvənd sınaqdan keçirilir


 

Dəri xərçənginə qarşı ilk peyvənd sınaqdan keçirilir<b style="color:red"></b>

İngiltərədə dəri xərçənginin ən ölümcül növü olan melanomaya qarşı dünyada ilk fərdiləşdirilmiş "mRNT" peyvəndinin sınaqları keçirilir.

525.az xəbər verir ki, avqust ayında baş dərisində cərrahi yolla çıxarılan melanoma böyüməsi olan 52 yaşlı Stiv Yanq peyvəndi sınaqdan keçirən ilk xəstələrdən biridir.  Peyvənd immunitet sisteminə qalan xərçəng hüceyrələrini tanımağa və məhv etməyə kömək etmək üçün hazırlanıb. Bu yolla xərçəngin geri qayıtmayacağına ümid edilir.

Qeyd edək ki, peyvənd "mRNA-4157" (V940) mövcud COVID vaksinləri ilə eyni texnologiyadan istifadə edir və 3-cü mərhələnin son fazasında sınaqdan keçirilir.

Məhəmməd Tağıyev

 





26.04.2024    çap et  çap et