525.Az

ABŞ Qəzzanın şimalına humanitar yardım göndərib


 

ABŞ Qəzzanın şimalına humanitar yardım göndərib<b style="color:red"></b>

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Qəzzanın şimalına 25 min hissə qidaya bərabər humanitar yardım göndərdiklərini açıqlayıb.

525.az xəbər verir ki, CENTCOM-un "X" platformasında etdiyi açıqlamada Qəzzada mülki əhalinin əsas ehtiyaclarını qarşılamaq məqsədilə dünən yerli vaxtla saat 12:15-də bölgənin şimalına "C-130"  tipli hərbi təyyarələrlə havadan humanitar yardımların atılması əməliyyatının həyata keçirildiyi bildirilib.

Açıqlamada əməliyyat zamanı 25 min hissə yeməyə bərabər olan yardımın havadan atıldığı və bu çərçivədə ABŞ-nin indiyədək 1082 ton humanitar yardım etdiyi bildirilib.

Məhəmməd Tağıyev

 





26.04.2024    çap et  çap et