525.Az

Çin alman səfiri XİN-ə çağırıb


 

Çin alman səfiri XİN-ə çağırıb<b style="color:red"></b>

Almaniyada Çin adına casusluq etdiyi iddia edilən 4 nəfər saxlanıldıqdan sonra Pekin səfiri Patrisiya Flor Çin Xarici İşlər Nazirliyinə çağırılıb.

525.az xəbər verir ki, səfir Flor "X" sosial media hesabından verdiyi açıqlamada 4 Almaniya vətəndaşının casusluq ittihamı ilə saxlanılmasından sonra Çin XİN-ə çağırıldığını açıqlayıb.

Flor bu vəziyyəti həmsöhbətlərinə ölkəsinin münasibətini çatdırmaq üçün yaxşı fürsət kimi şərh edib və hansı ölkədən olmasından asılı olmayaraq Almaniyada casusluq fəaliyyətinə dözmədiklərini vurğulayıb.

Qeyd edək ki, Almaniyada aprelin 22-də Çin xüsusi xidmətinə casusluqda ittiham olunan 4 alman saxlanılmışdı.

Məhəmməd Tağıyev

 





26.04.2024    çap et  çap et