525.Az

Nigeriyada 8 silahlı dəstə üzvü öldürülüb


 

Nigeriyada 8 silahlı dəstə üzvü öldürülüb<b style="color:red"></b>

Nigeriyanın Bauçi əyalətində keçirilən əməliyyatda silahlı dəstənin 8 üzvü zərərsizləşdirilib.

525.az xarici mediaya istinadən xəbər verir ki, Bauçi Ştat Polisinin İctimaiyyətlə Əlaqələr Mütəxəssisi Əhməd Məhəmməd Vakil açıqlamasında ştatda silahlı şəxslərə qarşı əməliyyat keçirdiklərini bildirib.

Vakil əməliyyatda 8 dəstə üzvünün öldürüldüyünü, çoxlu sayda dəstə üzvünün isə yaralanaraq xilas olduğunu qeyd edib.

Əməliyyat zamanı silahlı dəstə üzvləri tərəfindən girov götürülən 3 nəfərin xilas edildiyini bildirən Vakil, dəstə üzvlərinə məxsus çoxlu silah və sursatların ələ keçirildiyi barədə məlumat paylaşıb.

Qeyd edək ki, Nigeriya son zamanlar ölkənin müxtəlif bölgələrində silahlı dəstələrin, həmçinin İŞİD-in Qərbi Afrika qolu olan "Boko Haram" və ISWAP terror təşkilatlarının hücumları ilə üzləşib.

Malik Atilay 

 





26.04.2024    çap et  çap et