525.Az

İranda avtomobilə PUA hücumu nəticəsində 2 nəfər ölüb


 

İranda avtomobilə PUA hücumu nəticəsində 2 nəfər ölüb<b style="color:red"></b>

İranın cənub-şərqindəki Sistan-Bəlucistan əyalətində təhlükəsizlik qüvvələrinin silahlı pilotsuz uçuş aparatının (PUA) hücumu nəticəsində 2 nəfərin həlak olduğu bildirilib.

525.az xəbər verir ki, İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, vilayətin “Şuru” bölgəsində “terror təşkilatı” üzvlərinə məxsus avtomobil təhlükəsizlik qüvvələri tərəfindən PUA ilə hədəfə alınıb.

Qeyd edək ki, hücumda 2 nəfər ölüb, “terrorçu” adlandırılan şəxslərin hansı təşkilata mənsub olduğu bildirilməyib.

Malik Atilay 

 





26.04.2024    çap et  çap et