525.Az

Xatirə Rəhimbəylinin yaradıcılıq gecəsi keçirilib


 

Xatirə Rəhimbəylinin yaradıcılıq gecəsi keçirilib  <b style="color:red"></b>

6 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə şair, pedaqoq, publisist Xatirə Rəhimbəylinin "Bir sözüm var ürəyimdə" adlı yaradıcılıq gecəsi keçirilib.

Tədirdə Azərbaycan Respublikasının Xalq artisti, Azərbaycan Bəstəkarlar İttifaqının katibi Sərdar Fərəcov və Binəqədi rayonu 298 nömrəli tam orta məktəbin direktoru Xatirə Hacıyeva, sevimli şair Kəmalə Abiyeva, filologiya elmləri doktoru Əminə İbrahimli, polkovniklər Əlisəfa Mehdiyev, İbrahim Rüstəmli, şairlər Vasif Süleyman, Faiq Balabəyli, Əbülfəz Əhməd və digər qonaqlar iştirak ediblər.

Mərkəzin direktoru Ziyat Nəbiyevin çıxışı ilə açıq elan olunan tədbirdə mərkəzin bədii qiraət, məktəb teatrı və musiqisevərlər dərnəyinin üzvlərinin ifasında X.Rəhimbəylinin şeirləri səsləndirilib, şairin qələmə aldığı "Ana" dramından kiçik parça nümayiş olunub. 

Sonda iştirakçılarla birgə xatirə şəkli çəkilib. 

Nuranə NOVRUZOVA

 

 





26.04.2024    çap et  çap et