525.Az

"Düşen əzələ distrofiyası xəstəliyinə yanaşmada müasir yeniliklər" adlı seminar keçirilib


 

"Düşen əzələ distrofiyası xəstəliyinə yanaşmada müasir yeniliklər" adlı seminar keçirilib<b style="color:red"></b>

Aprelin 26-da Bakı Sağlamlıq Mərkəzində "Azərbaycan Uşaq Nevroloqları Assosiasiyası" və “Serebral İflic Akademiyası”nın birgə təşkilatçılığı ilə “Düşen əzələ distrofiyası xəstəliyinə yanaşmada müasir yeniliklər” adlı seminar keçirilib.

525.az xəbər verir ki, tədbirdə həkimlər, rezidentlər, valideynlər və türkiyəli mütəxəssislər iştirak ediblər. 

Seminarın keçirilməsində əsas məqsəd "düşen əzələ distrofiyası" xəstəliyi ilə bağlı maarifləndirmə işi aparmaqdır. Tədbirdə xəstəliyin müalicəsində istifadə edilən preparatlar dərmanlar, diaqnoztikadakı yeniliklər barədə məlumatlar verilib, "düşen əzələ distrofiyası" xəstəliyinin müalicəsində önəmli məqamlardan danışılıb. Eyni zamanda fizioterapiyanın əhəmiyyəti vurğulanıb. 

Seminarda mütəxəssislər məruzələrlə çıxış edib. Azərbaycan Tibb Universitetinin professoru Aytən Məmmədbəyli “Azərbaycanda düşen əzələ distrofiyası” , Həkim-nevroloq, Serebral İflic Akademiyasının rəhbəri Dr. İlahə Hacıyeva “Düşen əzələ distrofiyasının klinikası və müalicəsində yeniliklər”,  prof. Ayşe Karaduman - “Düşen əzələ distrofiyasında fizioterapiya və reabilitasiya”, dos. Reda Tunç - “Düşen əzəl distrofiyasının fizioterapiyasında doğru bilinən yalnışlar”, Serebral İflic Akademiyasının fizioterapisti İlayda Altay - “Düşen əzələ distrofiyasında dəyərləndirmə şkalaları və əhəmiyyəti” adlı məruzələrlə çıxış ediblər.

Tədbirin sonunda kardioloq Dr. Nəsimi Cabbarov və uşaq endokrinoloqu Dr. Nabat Ağayeva valideynlər tərəfindən ünvanlanan suallları cavablandırıblar. 

Seminar iştiraksçıları tərəfindən tədbirin təşkilinə görə Bakı Sağlamlıq Mərkəzinin direktoru Asiman Həsənova, Azərbaycan Uşaq Nevroloqları Assosiasiyasının sədri, Azərbaycan Tibb Universitetinin "Nevrologiya" kafedrasının professoru Aytən Məmmədbəyliyə, Serebral İflic Akademiyasının rəhbəri, peşəkar nevroloq İlahə Hacıyevaya təşşəkkür bildirilib.

Nigar Abbasova

 





26.04.2024    çap et  çap et