525.Az

İsveç Latviyaya ordu göndərəcək


 

İsveç Latviyaya ordu göndərəcək<b style="color:red"></b>

İsveçin Baş naziri Ulf Kristersson ölkəsinin NATO-ya inteqrasiyasını bu gün başa çatdırdığını və gələn ilin əvvəlində NATO-nun Latviyadakı batalyonuna hərbi birləşmə göndərəcəklərini açıqlayıb.

525.az xarici mediaya əsasən xəbər verir ki, İsveçin Baş naziri Ulf Kristersson mətbuat konfransında İsveç Baş Qərargahı ilə NATO-nun birgə bəyannamə imzaladığını bildirib və İsveçin 2022-ci ildə NATO-ya üzvlük üçün başlatdığı prosesin başa çatdığını qeyd edib.

İsveçin Baş naziri Kristersson: "Gələn ilin əvvəlində hökumət Kanadanın rəhbərlik etdiyi NATO briqadasının Latviyaya əsgər göndərilməsi barədə qərar qəbul edib", - deyib.

Malik Atilay 

 





26.04.2024    çap et  çap et