525.Az

Çadın ABŞ qüvvələrini ölkədən çıxaracağı iddia edilir


 

Çadın ABŞ qüvvələrini ölkədən çıxaracağı <b style="color:red">iddia edilir</b>

Çad hökumətinin ölkədə yerləşdirilən ABŞ qüvvələrini deportasiya edəcəyi iddia edilib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, yerli media Çad hökuməti ilə ABŞ ordusu arasında hərbi əməkdaşlıq müqaviləsinin ləğv oluna biləcəyi ilə bağlı iddialar yazıb.

Çad hökumətinin Vaşinqton rəhbərliyinə yazılı bildiriş göndərdiyi, iki ölkə arasındakı razılaşmanın ləğv oluna biləcəyi və Çadda yerləşən ABŞ qüvvələrinin ölkədən çıxarıla biləcəyi iddia edilib.

Çaddakı ABŞ əsgərlərinin sayı açıqlanmasa da, 100-ə yaxın olduğu təxmin edilir.

Mərkəzi Afrika ölkəsi Çadla bağlı iddiaların mayın 6-da keçirilməsi gözlənilən prezident seçkilərindən əvvəl ortaya çıxması diqqət çəkib.

Qeyd edək ki, Nigerdə ​​hərbi hökumət keçən ay qəbul etdiyi qərarla ABŞ ilə hərbi əməkdaşlıq müqaviləsinə xitam verildiyini açıqlayıb.

Malik Atilay 

 





26.04.2024    çap et  çap et