525.Az

PSJ hücumçusunu satdı


 

PSJ hücumçusunu satdı<b style="color:red"></b>

"Ayntraxt" PSJ-dən icarəyə götürdüyü Uqo Ekitikeni birdəfəlik alıb.

QOL.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. 21 yaşlı fransızla 2029-cu ilin yayına kimi müqavilə imzalanıb.

Ekitike Almaniya klubuna keçən qış icarə əsasında qoşulmuşdu. O, "Ayntraxt"ın heyətində 12 oyun keçirib, 1 qol vurub və 1 qolun ötürməsini verib.

Qeyd edək ki, Ekitike 2021-2022-ci illərdə Fransanın U-20 millisində də çıxış edib.

 





26.04.2024    çap et  çap et