525.Az

İraq Kürdüstanında qaz yatağı atəşə tutulub, ölənlər var


 

İraq Kürdüstanında qaz yatağı atəşə tutulub, ölənlər var<b style="color:red"></b>

İraq Kürdüstanında qaz yatağına pilotsuz uçuş aparatı ilə zərbələr endirilib.

525.az APA-ya istinadən xəbər verir ki, bu barədə "Shafaq News" informasiya portalı məlumat yayıb.

Hadisə nəticəsində iki nəfər ölüb, dörd nəfər yaralanıb.

Ölən və yaralananların hamısı xarici işçilərdir.

Portalın məlumatına görə, zərbə Kürd muxtariyyətinin şərqindəki Süleymaniyyə əyalətində yerləşən Kürmür qaz yatağına endirilib.

Muxtar bölgə hökumətinin energetika nazirliyi hücumun elektrik enerjisinin kəsilməsinə səbəb olduğunu bildirib.

 





26.04.2024    çap et  çap et