525.Az

Moskvanın mərkəzində 9 may günü spirtli içkilərin satışı məhdudlaşdırılacaq


 

Moskvanın mərkəzində 9 may günü spirtli içkilərin satışı məhdudlaşdırılacaq<b style="color:red"></b>

Moskvada 9 May-Qələbə Paradının məşqi və keçirilməsi zamanı mərkəzdə spirtli içkilərin satışı məhdudlaşdırılacaq.

525.az APA-ya istinadən xəbər verir ki, bu barədə Moskvanın Mərkəzi İnzibati dairəsinin mətbuat katibi Yelena Sedina məlumat verib.

Onun sözlərinə görə, Qələbə Paradının məşqi və keçirilməsi zamanı paytaxtın iki mərkəzi küçəsində mağazalar və iaşə obyektləri bağlanacaq.

Mağazaların, kafelərin yay verandalarının və ictimai iaşə müəssisələrinin ticarət fəaliyyəti iki küçədə - Tverskaya küçəsində tam şəkildə, 1-ci Tverskaya-Yamskaya küçələri qismən məhdudlaşdırılacaq.

Hərbi texnikanın keçəcəyi ərazilərdə alkoqollu içkilərin, o cümlədən pivə və aşağı dozlı alkoqollu içkilərin, həmçinin şüşə qablarda sərinləşdirici içkilərin satışı tamamilə məhdudlaşdırılacaq.

 





26.04.2024    çap et  çap et