525.Az

Zərdabda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb


 

Zərdabda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb<b style="color:red"></b>

Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Şahhüseynli kənd sakini Asif Eminov saxlanılıb.

525.az-a bu barədə DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib.

Məlumata görə, həmin şəxsdən narkotik vasitə olan heroin aşkarlanıb.

Faktla bağlı Zərdab RPŞ-də cinayət işi başlanıb, A.Eminov barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

 





27.04.2024    çap et  çap et