525.Az

Qubada həyat yoldaşının sağlamlığına ağır zərər vuran şəxs intihar edib


 

Qubada həyat yoldaşının sağlamlığına ağır zərər vuran şəxs intihar edib<b style="color:red"></b>

Aprelin 26-da gecə saatlarında Quba rayonunda həyat yoldaşının qəsdən sağlamlığına ağır zərər vurmaqda təqsirləndirlən 1977-ci il təvəllüdlü Ağayev Etibar geyim lifi ilə həyatına qəsd edib.

525.az xəbər verir ki, ona göstərilən tibbi müdaxilələrə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb.

Araşdırma aparılır.

Qeyd edək ki, E.Ağayev bir müddət bundan öncə rayonun Birinci Nügədi kəndində ailə münaqişəsi zəminində yaşadıqları evdə həyat yoldaşına çoxsaylı bıçaq xəsarətləri yetirib (APA).

 





27.04.2024    çap et  çap et