525.Az

Azərbaycan hərbçiləri İtaliyada beynəlxalq dənizçilik yarışlarında iştirak edəcəklər


 

Azərbaycan hərbçiləri İtaliyada beynəlxalq dənizçilik yarışlarında iştirak edəcəklər<b style="color:red"></b>

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin bir qrup hərbi qulluqçusu İtaliya Respublikasının Livorno şəhərində keçiriləcək beynəlxalq dənizçilik yarışlarında iştirak etmək məqsədilə bu ölkədə səfərdədir.

525.az-a bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildiirlib.

Qeyd olunub ki, səfər çərçivəsində hərbi qulluqçularımız İtaliyanın Hərbi Dənizçilik Akademiyasının komandanlığı və Livorno şəhərinin meri ilə görüşüblər.

"Həmçinin, təmsilçilərimiz digər iştirakçı ölkələrin nümayəndələri ilə birgə parad və yarış bayraqlarının təhvil-təslim mərasimində, eləcə də yarışa hazırlıq məqsədi ilə keçirilən dəniz məşqlərində iştirak ediblər", - məlumatda vurğulanıb.

 





27.04.2024    çap et  çap et