525.Az

Azərbaycan taekvandoçuları Prezident kubokunda 6 medal qazanıb


 

Azərbaycan taekvandoçuları Prezident kubokunda <b style="color:red"> 6 medal qazanıb</b>

Yeniyetmələrdən ibarət taekvando üzrə Azərbaycan milli komandası Estoniyanın paytaxtı Tallinndə keçirilən Prezident kubokunda 6 medal qazanıb.

525.az Azərbaycan Taekvando Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yarışın ilk günündə milli komandamızın 6 idmançısı fəxri kürsüyə yüksəlib.

Yığmamızın heyətində bütün rəqiblərinə qalib gələn Novruz Əliyev (45 kq) qızıl medala sahib olub. Yalnız finalda məğlub olan Anar Abdullazadə (37 kq) və Çingiz Həsənov (53 kq) ikinci yeri tutublar. Gülay Əliyeva (44 kq), Gülnar Rəsulzadə (47 kq) və Sərxan Talıbzadə (65 kq) isə bürünc medalla kifayətlənib.

 





27.04.2024    çap et  çap et