525.Az

Toy yasa döndü: 4 ölü, 4 yaralı


 

Toy yasa döndü: 4 ölü, 4 yaralı<b style="color:red"></b> Bakı-Şamaxı-Yevlax avtomobil yolunda 4 nəfərin ölümü ilə nəticələnən ağır avtomobil qəzası baş verib.
 
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 13:30 radələrində yolun 193-cü kilometrliyində, Göyçayın Şahsoltanlı kəndi ərazisində qeydə alınıb.

Məlumata görə, hadisə həmin kənddə keçirilən toy mərasiminə gedən qonaqları aparan minik maşınlarının karvanında  baş verib. Gəlin aparan maşınların toy karvanında olan 90-BP-886 dövlət nömrə nişanlı, “Mercedes” markalı minik maşını qarşı tərəfdən gələn 23-BX-232 dövlət nömrə nişanlı, “Mitsubishi Pajero” markalı minik maşını ilə toqquşub.
 
Hadisə zamanı 4 nəfər ölüb. Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin İsmayıllı Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasetmə qrupunun üzvləri xüsusi kəsici alətlərdən istifadə edərək deformasiyaya uğramış maşınlardan hələ ki, şəxsiyyəti məlum olmayan 3 qadın və bir kişinin meyitini çıxarıblar. Hadisə zamanı 4 nəfərin də ağır yaralandığı bildirilir. Yaralılar Ağsu və Göyçay xəstəxanalarına aparılıb.
 
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
 





29.09.2014    çap et  çap et