525.Az

Ali Məhkəmənin hakimi intihar edib


 

Ali Məhkəmənin hakimi intihar edib<b style="color:red"></b>

Ali Məhkəmənin Kommersiya kollegiyasının hakimi İlqar Ağababaş oğlu Dadaşov intihar edib.

"Report"un məlumatına görə, 62 yaşlı hakim bu gün yaşadığı evdə özünə qəsd edib.

Qeyd edək ki, İ.Dadaşov 2002-2007-ci illərdə Azərbaycan İqtisad Məhkəməsində, 2007-2010-cu illərdə Bakı Apellyasiya Məhkəməsində, 2010-cu ildən isə Ali Məhkəmədə hakim vəzifəsində çalışıb.

 





27.04.2024    çap et  çap et