525.Az

Bədii gimnastlarımız beynəlxalq turnirdə 5 medal qazanıblar


 

Bədii gimnastlarımız beynəlxalq turnirdə 5 medal qazanıblar<b style="color:red"></b>

Bədii gimnastika üzrə Azərbaycan millisinin üzvləri Bolqarıstanın Burqas şəhərində keçirilən “Prize of Julieta Shishmanova” beynəlxalq turnirində 5 bürünc medal əldə ediblər.

525.az Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Səkinəxanım İsmayılzadə həm çoxnövçülük, həm də gürzlər və topla çıxışda bürünc mükafat qazanıb.

Ayan Sadıqova halqa, Dəniz Əsgərova lentlə hərəkətdə fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Qeyd edək ki, ümumilikdə beş bürünc medal qazanan yığmamız komanda hesabında 3-cü yeri tutub.

 





27.04.2024    çap et  çap et